“Mançester Siti” klubu “Milan”ın əlcəzairli futbolçusu transfer etmək istəyir
İngiltərənin “Mançester Siti” klubu İtaliyanın “Milan” komandasının əlcəzairli futbolçusu İsmael Bennaseri transfer etmək istəyir.

İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola bu transferin gerçəkləşməsini şəxsən özü istəyib. Təcrübəli mütəxəssisin 22 yaşlı yarımmüdafiəçiyə zəng etdiyi və onunla transferlə bağlı danışdığı vurğulanıb.

Qeyd edək ki, İ.Bennaserin təzminat qiymətinin 50 milyon avro olduğu bildirilir.


Xəbər 513 dəfə oxundu.