“Neftçi Esports” E Milli Liqaya qələbə ilə başlayıb
“Neftçi Esports” futbol üzrə E Milli Liqaya qələbə ilə başlayıb.

“Qoşqar” klubu ilə birinci görüşdə 6:1 hesabı ilə qalib gələn Bakı təmsilçisi cavab matçında rəqibin qapısından 5 cavabsız top keçirib. Bununla da ümumi hesab 11:1 olub.

“Neftçi Esports”un mübarizə apardığı E qrupunun digər matçda isə “Ağsu” “Ərkivan”ı 8:6 (6:2, 2:4) hesabı ilə məğlub edib.

“Neftçi Esports” birinci turdan sonra qrupda birinci pillədə qərarlaşıb.

Qeyd edək ki, 7 qrupdan ibarət olan və 28 komandanın qatıldığı turnirin qrup mərhələsində ilk iki yeri tutan komandalarla yanaşı, ən yaxşı üçüncü olan 2 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.


Xəbər 514 dəfə oxundu.