Milli Basketbol Assosiasiyası mövsümün bərpa olunacağını elan edib
Milli Basketbol Assosiasiyasının (MBA) rəhbərliyi 22 klubun qatılacağı və koronavirus pandemiyası səbəbi ilə dayandırılmış mövsümün bərpa olunacağını elan edib.

Bu barədə "Gazeta.ru" ESPN kanalına istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, müntəzəm mövsüm 22 komandanın iştirakı ilə başa çatacaq. Bütün oyunların Orlando şəhərində (Florida, ABŞ) yerləşən “Disney World” əyləncə parkında keçirilməsi planlaşdırılır. Mövsüm iyulun 31-dək davam etməlidir və son seriyada yeddi qarşılaşma baş tutarsa, oktyabrın 12-də başa çatacaq.


Xəbər 558 dəfə oxundu.