Futbol üzrə Rumıniya çempionatının bərpa tarixi müəyyənləşib
Koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə Rumıniya çempionatının bərpa tarixi müəyyənləşib.

Çempionat iyunun 12-də qaldığı yerdən davam etdiriləcək. Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Oyunların azarkeşsiz keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Avropanın digər ölkələrində olduğu kimi, Rumıniyada da martın əvvəlindən çempionat dayandırılıb.

Xəbər 524 dəfə oxundu.