“Panatinaikos”un basketbolçusu “Barselona” ilə anlaşıb | |
Yunanıstanlı basketbolçu Nik Kalates növbəti mövsümdə karyerasını “Barselona”da davam etdirəcək. “Panatinaikos”un oyun qurucusu Kataloniya klubu ilə 5,5 milyon avro qarşılığında üçillik müqavilə şərtlərinə razılaşıb. Kalates daha 1 il Afina klubunda qalmağa borclu olsa da, maliyyə böhranı nəticəsində yunanlar sözləşməyə xitam verməli olublar. Büdcəsi azaldılan “Panatinaikos”da analoji halın davam edəcəyi ehtimalı böyükdür. |
|
Xəbər 540 dəfə oxundu. |
|
|