Avstriya və Böyük Britaniyada Formula 1 yürüşləri startda hərəkət istiqamətini dəyişdirməklə keçirilə bilər
Formula 1 rəhbərliyi Avstriya və Böyük Britaniyadakı mərhələlərdə yürüşlərin startında hərəkət istiqamətini dəyişdirməyin mümkünlüyü məsələsini nəzərdən keçirir.

Bu ideya “Liberty Media”, Beynəlxalq Avtomobil Federasiyası (FIA) və komanda rəhbərlərinin müşavirəsində müzakirə edilib. Plana görə ənənəvi şənbə təsnifat yürüşlərinin əvəzinə hərəkət istiqamətini dəyişdirmə startı ilə sprinter yürüşü keçiriləcək. Belə halda birinci mövqedən “Williams”ın pilotları, son mövqedən isə “Mercedes”in pilotları start götürəcəklər.

Bazar günü yürüşünün startı isə artıq şənbə yarışlarının nəticəsinə görə müəyyən ediləcək.

Yürüşlərin hərəkət istiqamətini dəyişdirmə startı ilə keçirilməsi üzrə qəti qərar yaxın gələcəkdə qəbul ediləcək. Çünki FIA-nın razılaşacağı təqdirdə qısa müddət ərzində belə format üçün ətraflı reqlamentlə məşğul olmaq lazım gələcək. Mənbənin məlumatına görə, hazırda yalnız bir Formula 1 komandası yürüşlərin hərəkət istiqamətini dəyişdirmə startı ilə keçirilməsinə etiraz edir. Qərarın qəbulu üçün çempionatın bütün iştirakçılarının razılığı tələb olunur.

Xəbər 456 dəfə oxundu.