Veteran idmançılara dəstək
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin 30-dan artıq könüllüsünün iştirakı ilə Bakı şəhəri və Bakıətrafı qəsəbələrdə yaşayan 70-dən çox idman veteranına yardım göstərilib.

Yardım göstərilənlər sırasında Yaşar Məmmədov, Rafiq Məlik-Yeqanov, Tofiq Babanlı, Lyudmila Şubina, Rəfiqə Şabanova, Elxan Əliyev, Camal Yaqubov, Şahmar Mustafayev, Məryəm Bağbanlı, Yaqub Məmmədov, İsmayıl Əbdülqədir, Elmira Hüseynova, Züleyxa Hacıyeva və digər veteran idmançılar olub.


Xəbər 531 dəfə oxundu.