Kipr çempionatında 2019/2020-ci il mövsümü bərpa edilməyəcək
Futbol üzrə Kipr çempionatında 2019/2020-ci il mövsümü bərpa edilməyəcək.

Bununla bağlı qərar klubların nümayəndələri ilə iclasda qəbul olunub. Belə ki, çempion və kubokun qalibi elan olunmayıb.

Avrokubok iştirakçıları isə turnir cədvəlindəki hazırkı sıralama ilə müəyyənləşib. Qırx üç xalla turnir cədvəlində birinci pillədə qərarlaşan “Omoniya” klubu ölkəni Çempionlar Liqasında təmsil edəcək. “Anortosis”, APOEL və “Apollon” isə Avropa Liqasında mübarizə aparacaqlar.

Xəbər 501 dəfə oxundu.