Çin klubu Gənclər Hokkey Liqasında iştirakdan imtina edib
Çinin “OERCİ Yunior” klubu növbəti mövsüm Gənclər Hokkey Liqasında (GHL) iştirakdan imtina edib.

Bu sözləri Kontinental Hokkey Liqasının prezidenti Aleksey Morozov deyib.

A.Morozov bildirib ki, Çin klubundan başqa, GHL-də iştirak etmək üçün bütün komandalar sifariş ərizələrini göndəriblər. Klub rəhbərliyi yarışda iştirak edə bilməyəcəklərini açıqlayıb.
Qeyd edək ki, ötən mövsüm GHL-də 34 komanda birincilik uğrunda mübarizə aparıb. Çin klubu 64 matçdan ibarət müntəzəm çempionatda 1 qələbə qazanıb və 4 xalla turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.


Xəbər 495 dəfə oxundu.