Formula W Series Esports League virtual çempionatı start götürəcək
Qadın pilotlar arasında təşkil olunan Formula W Series avtoyürüş seriyasının virtual çempionatı - W Series Esports League start götürəcək.

Virtual çempionatda cari mövsüm çıxış edəcək pilotlar yarışacaqlar. İdmançılar 10 mərhələdə mübarizə aparacaqlar. Hər mərhələdə toplanan xalların hesabına qalib müəyyənləşəcək.

Bütün yürüşlər iRacing simulyatorunda Formula Renault 2.0 maşınlarda təşkil olunacaq.

Xəbər 593 dəfə oxundu.