Türkiyə Superliqasının bərpa olunacağı tarix müəyyənləşib | |
Futbol üzrə Türkiyə çempionatı – Superliqa iyunun 12-də davam etdiriləcək. Bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir mayın 6-da onlayn qaydada keçirdiyi mətbuat konfransında deyib. O bildirib Superliqa ilə yanaşı, I, II, III və həvəskarlar liqasının matçları da iyunun 12-də, 13-də və ya 14-də start götürəcək. Federasiya rəhbəri hazırkı şərtlər əsasında və Səhiyyə naziri Fəxrəddin Qoca ilə görüşdən sonra belə qərar qəbul etdiklərini bildirib. N.Özdəmir çempionatın iyulun 26-da başa çatdırılacağına və avqustda UEFA Çempionlar Liqasının final qarşılaşmasının təşkil olunacağına əminliyini ifadə edib. |
|
Xəbər 624 dəfə oxundu. |
|
|