“Neftçi” “Aston Villa”nı nədə qabaqladı? | |
Bakının “Neftçi” klubunun yeni transferi braziliyalı Bruno Bertuççi təkcə Azərbaycan çempionunun deyil, həm də bir sıra İngiltərə komandalarının diqqət mərkəzində imiş. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, ötən mövsümü İsveçrənin “Qrasshoppers” klubunda keçirən 22 yaşlı sol cinah müdafiəçisi Premyer Liqa klublarının hədəfində olub. Belə ki, adlı-sanlı “Aston Villa”, həmçinin “Bolton” və “Sanderlend” də Brunoya elçi düşübmüş. Lakin “Neftçi” ingilis klublarını qabaqlayıb və Bruno üçün Azərbaycan çempionu “Aston Villa” dan da üstün olub. | |
Xəbər 1065 dəfə oxundu. |
|
|