Qol qeydi texnologiyası dünya çempionatından tətbiq olunacaq | |
FİFA prezidenti Yozef Blatter növbəti dəfə avtomatik qol qeydi sisteminin Braziliyada keçiriləcək 2014-cü il dünya çempionatından etibarən tətbiq edilməyə başlayacağanı təsdiqləyib. İdman.com.az saytı xəbər verir ki, təşkilat rəhbəri Uruqvayda rəsmi səfərdə olarkən belə deyib: «FİFA Cənubi Afrika Respublikasındakı dünya çempionatı zamanı Almaniya – İngiltərə matçında üzləşdiyimiz vəziyyətin təkrarlanmasını istəmir. Braziliyadakı mundialda bu texnologiya istifadə olunacaq». İyulun 5-də Sürixdəki xüsusi toplantıda futbol qanunverici orqanı olan Beynəlxalq Futbol Assosiasiyaları Şurasında (İFAB) qapıya vurulan qolun və qeydə alınmasının yeni sistemi məsələsi barədə yekun qərar qəbul ediləcək. 9 aylıq testlərdən sonra təsdiq olunmağa namizədlər «GoalRef» və «Hawk Eye» olacaq. |
|
Xəbər 1186 dəfə oxundu. |
|
|