Həbib Nurməhəmmədov növbəti döyüşünü sentyabrda keçirəcək | |
Qarışıq döyüş növləri (MMA) üzrə ən güclü idmançılardan hesab edilən rusiyalı Həbib Nurməhəmmədov növbəti döyüşünü sentyabrda keçirəcək. “Azsport.az” saytı xəbər verir ki, bu barədə UFC-nin prezidenti Dana Uayt xarici KİV-lərə müsahibəsində deyib. O, bildirib ki, rusiyalı döyüşçünün rəqibi “UFC 249” turniri çərçivəsində mayın 9-da Amerikanın Florida ştatında keçiriləcək Toni Ferqyuson - Castin Qetji döyüşünün qalibi olacaq. UFC-nin rəhbəri qeyd edib ki, Ferqyuson-Qetci döyüşü indiyə qədər keçirilmiş ən ağır döyüşlərdən biri olacaq: “Onlar dünyanın ən yaxşı döyüşçülərindəndir. Döyüşün qalibi titul uğrunda H. Nurməhəmmədovla mübarizə aparacaq. Bəsti Sabirqızı |
|
Xəbər 654 dəfə oxundu. |
|
|