Azərbaycanlı məşqçinin çalışdırdığı “Cakarta” klubu İndoneziya çempionu olub
Azərbaycanlı baş məşqçi Ziya Rəcəbovun çalışdırdığı “Cakarta” (Pertamina) voleybol klubu İndoneziya çempionu elan edilib.

Bu barədə İndoneziya Voleybol Federasiyası qərar qəbul edib.

Müntəzəm çempionatın qalibi olan “Cakarta” koronavirus pandemiyası səbəbindən pley-off mərhələsində yarımçıq dayandırılan 2019/2020-ci il mövsümünün qalibi olub.

Qeyd edək ki, bu komandanın heyətində Azərbaycan voleybolçuları Natalya Məmmədova və Odina Əliyeva da çıxış ediblər.

Xəbər 667 dəfə oxundu.