«Beşikdaş»da Aybaba dövrü
«Ağ-qaralar»da uzun sürən baş məşqçi axtarışları sona çatıb. Son günlərdə Mustafa Dənizlinin adı gündəmdə olmasına baxmayaraq, onun klub prezidenti Fikrət Ormanla görüşmələri bir nəticə vermədi. Elə isveçli mütəxəssis Sven-Qoran Eriksson gözləmələri də doğrulmadı.
İdman.com.az saytı xəbər verir ki, son iki gündə ön sıraya çıxan bir ad öz yerini tutdu və ağ-qaralar klubun sükanını Səməd Aybabaya tapşırdılar. Aybaba 4 illik razılaşma əldə edilib.

«Beşikdaş»ın idarə heyətində futbol komitəsinin üzvü Əhməd Qavalçı yeni təyinatla bağlı açıqlama verib: «Səməd Aybaba bütün ictimaiyyətimizə xeyirli olsun. Onunla 4 illik müqavilə imzaladıq. Baş məşqçi öz köməkçilərini 1 həftə ərzində təyin edəcək». Kavalçının söylədiyi məşqçi köməkçilərinin Rəcəb Çətin və Ulvi Güvənəroğlu olması gözlənilir.
Səməd Aybabanın özünə gəldikdə, futbolçu karyerasını əsasən məhz «Beşikdaş»da (1977-1988-ci illər) keçirib və 11 mövsümə 431 oyunda 8 qol vurub. Məşqçilik karyerası isə çox zəngin və rəngarəng olub:

1993-1994 «Ərciyəsspor»
1994-1995 «Adana Dəmirspor»
1996-1997 «Ərciyəsspor»
1997-1999 «Ankaragücü»
1999-2000 «Bələdiyyə Vanspor»
2000 «Gənclərbirliyi»
2001-2002 «Qaziantəpspor»
2002-2004 «Trabzonspor»
2004-2008 «Ankaraspor»
2006 «Qaziantəpspor»
2007-2008 «Çaykur Rizəspor»
2007-2010 «Bursaspor»
2008-2009 «Gənclərbirliyi»
2010-2011 «Bucaspor»

Xəbər 913 dəfə oxundu.