Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib
Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda talassemiyalı xəstələrin qan çatışmazlığı ilə üzləşməməsi, həmçinin cəmiyyətin diqqətinin onlara yönəldilməsi məqsədilə aprelin 15-də Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə qanvermə aksiyası keçirilib.

Gənclər və İdman naziri Azad Rəhimovun, Mədəniyyət naziri Əbülfəs Qarayevin də iştirak etdikləri aksiyaya hər iki nazirliyin əməkdaşları ilə yanaşı, Azərbaycan İdman Jurnalistləri Federasiyasının nümayəndələri də qoşulublar.

Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutunda təşkil edilən qanvermə aksiyasında ümumilikdə 150-dən çox insan iştirak edib.

Xəbər 639 dəfə oxundu.