Klublararası dünya çempionatı 2022-ci ilin iyununda keçiriləcək | |
Klublararası dünya çempionatının 2022-ci ilin iyununda keçirilməsi qərara alınıb. “Azsport.az” saytı xəbər verir ki, bu barədə TASS agentliyində məlumat verilib. Turnirin əvvəlcə Çində, 2021-ci ilin iyunun 17-dən iyulun 4-dək keçiriləcəyi planlaşdırılmışdı. Avropa çempionatının 2021-ci ilin yayına keçirilməsi səbəbindən turnir də təxirə salınıb. Çempionat yeni formatda dörd ildən bir keçiriləcək, iştirakçıların sayı yeddi komandadan 24 komandaya qədər artmalıdır. Turnirin 2022-ci ildə keçirilməsinə baxmayaraq, növbəti yarış 2025-ci ildə təşkil ediləcək. Klublararası dünya çempionatı 2000-ci ildən keçirilir. Yarışda altı qitə konfederasiyasının hər birinin ən güclü klubları və ev sahibliyi edən ölkənin ən yaxşı klubu iştirak edir. Turnirin hazırkı qalibi ingilis klubu “Liverpul"dur. |
|
Xəbər 678 dəfə oxundu. |
|
|