“MotoGP” üzrə İtaliya və Kataloniya Qran-Priləri təxirə salınıb | |
“MotoGP” rəhbərliyi mayın sonu və iyunun əvvəli keçirilməli olan İtaliya və Kataloniya Qran-Prilərini koronavirus pandemiyasına görə təxirə salıb. Təqvimə əsasən yarışlar mayın 31-də Mucelloda, iyunun 7-də isə Barselonada keçirilməli idi. Bir müddət əvvəl “MotoGP” rəhbərliyi Xeres (İspaniya) və Le Mandakı (Fransa) yarışları da təxirə salmışdı. Beləliklə, mövsümün ilk Qran-Prisinin iyunun 21-də Almaniyada keçiriləcəyi gözlənilir. |
|
Xəbər 809 dəfə oxundu. |
|
|