Yüksək Liqa: “Baku Fire” komandası “Bakı”nı məğlub edib | |
Martın 5-də futzal üzrə Yüksək Liqanın XVIII turu çərçivəsində “Bakı”-“Baku Fire” oyunu keçirilib. “Olimpik Star”da təşkil olunan oyunda “Baku Fire” 6:5 hesablı qələbə qazanıb. “Baku Fire”in heyətində Renat Sultanov, Rasif Səfiyarov və Asif Zeynalov dubl ediblər. “Bakı”nın qollarını Məhəmməd Bədəlbəyli, İlham Allahverdiyev (hər ikisi 2 top) və Tofiq Əliyev vurublar. Günə “Araz”-“Record” matçı ilə yekun vurulacaq. Tur çərçivəsində keçirilən görüşlərdə EKOL komandası “Xızı”n 6:5, “Marafon” “Yasamal”ı 9:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, on yeddi turdan sonra hesabında 51 xal olan “Araz” komandası turnir cədvəlinə liderlik edir. Hesabında 39 xal olan “Marafon” və EKOL komandaları 2-3-cü pillədə qərarlaşıblar. |
|
Xəbər 813 dəfə oxundu. |
|
|