Moskvada “Aeroflot open” festivalında şahmatçılarımız liderlik edirlər | |
Fevralın 26-da Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının səkkizinci turunun oyunları keçirilib. Festivalın A turnirində uğurla çıxış edən gənc şahmatçımız Aydın Süleymanlı səkkiz turdan 6 xal toplayaraq liderliyə yüksəlib. Onunla eyni xala malik olan komandamızın üzvü Rauf Məmmədov isə əlavə göstəricilərə görə ikinci yeri tutur. A turnirində digər şahmatçılarımız - Vüqar Əsədli 5 xal, Vasif Durarbəyli 4,5 xal, Abdulla Qədimbəyli 4 xal qazanıblar. Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı 5,5 xalla səkkizinci yeri tutur. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir. AZƏRTAC |
|
Xəbər 800 dəfə oxundu. |
|
|