Şahmatçılarımız Moskvada “Aeroflot open” beynəlxalq festivalında uğurla çıxış edirlər | |
Fevralın 25-də Moskvada “Aeroflot open” beynəlxalq şahmat festivalının yeddinci turunun oyunları keçirilib. Festivalın A turnirində uğurla çıxış edən şahmatçımız Rauf Məmmədov yeddi turdan 5,5 xal toplayaraq liderliyini davam etdirir. Ondan yarım xal geri qalan gənc şahmatçımız Aydın Süleymanlı isə 5-ci sırada qərarlaşıb. Ümumi nəticəyə görə, A turnirində digər şahmatçılarımız - Vüqar Əsədli və Vasif Durarbəyli hərəyə 4 xal, Abdulla Qədimbəyli 3,5 xal qazanıblar. Yarışın B turnirində mübarizə aparan Məhəmməd Muradlı isə 5,5 xalla 3-cü yeri tutur. Onun komanda yoldaşları Read Səmədov 3, Elvin Bayramov 2,5 xal toplayıb. |
|
Xəbər 797 dəfə oxundu. |
|
|