Şahmatçımız Praqada beynəlxalq festivalda növbəti turu “sülh”lə başa vurub
Fevralın 19-da Çexiyanın paytaxtı Praqada təşkil olunan şahmat festivalında yeddinci turun oyunları keçirilib.

Festivalın “Challengers” turnirində mübarizə aparan Azərbaycan təmsilçisi Nicat Abbasov növbəti turda Hannes Stefansson ilə qarşılaşıb. Şahmatçımızın yarışın lideri olan islandiyalı ilə görüşü “sülh”lə başa çatıb. Qeyd edək ki, N.Abbasov ötən turda rusiyalı şahmatçı Andrey Yesipenko üzərində qələbə qazanmışdı.
Ötən turların nəticələrinə görə, şahmatçımızın aktivində 4 xal var.

Xəbər 752 dəfə oxundu.