Rusiya komandası batut gimnastikası üzrə qadın sinxron cütlüklərin yarışında qızıl medal qazanıb
Rusiya komandası Bakıda keçirilən dünya kubokunda batut gimnastikası üzrə qadın sinxron cütlüklərin yarışında qızıl medal qazanıb.

Yana Lebedeva və İrina Kundiusdan ibarət komanda 48,530 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ukraynalı Marina Kyiko və Svetlana Malkovadan ibarət cütlük 48,430 xalla gümüş medala sahib olub. ABŞ-ı təmsil edən Nikola Eşinger və Cessika Stevens 48,010 xalla yarışı üçüncü pillədə başa vurub.

Otuz ölkədən 150-dək idmançının iştirak etdiyi dünya kuboku “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Xəbər 834 dəfə oxundu.