Qadınlardan ibarət güləş yığmamız Türkiyədə təlim-məşq toplanışı keçir | |
Qadınlardan ibarət güləş yığmamız Türkiyədə təlim-məşq toplanışı keçir. Yanvarın 27-dən Ədirnədə məşqlərə başlayan millimiz Türkiyə və Tayvandan olan komanda ilə birgə hazırlıqları davam etdirir. Hazırlıq prosesi fevralın 10-dan 16-dək İtaliyanın paytaxtı Romada keçiriləcək Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Türkiyənin “Beinsport” telekanalı 3 komandanın iştirakı ilə baş tutan təlim-məşq toplanışından reportaj hazırlayıb. Millimizin baş məşqçisi Aslan Ağayev Türkiyə Güləş Federasiyasına toplanışın təşkilində yaratdığı şəraitə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib. |
|
Xəbər 963 dəfə oxundu. |
|
|