Qadın voleybolçulardan ibarət millimiz 2021-ci ildə Avropa çempionatının final mərhələsində iştirak edəcək
Avropa Voleybol Konfederasiyası 2021-ci ildə qadınlar və kişilər arasında keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək komandaların adlarını açıqlayıb.

Azsport.az Azərbaycan Voleybol Federasiyasına istinadla xəbər verir ki, qadın voleybolçular arasında çempionatın final mərhələsində Azərbaycan ilə yanaşı, Serbiya, Bolqarıstan, Xorvatiya, Rumıniya (ev sahibləri), Türkiyə, İtaliya, Polşa, Niderland, Almaniya, Rusiya və Belçika komandaları iştirak edəcəklər.

Kişi voleybolçular arasında final yarışında Polşa, Çexiya, Finlandiya, Estoniya (ev sahibləri), Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika güclərini sınayacaqlar.

Xəbər 840 dəfə oxundu.