“Ekspress” komandasının Azərbaycan Yüksək Liqasında debütü uğurlu alınmayıb | |
Yanvarın 11-də kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında birinci dövrənin növbəti oyunu keçirilib. “Neftçi” debütant “Ekspress”lə üz-üzə gəlib. FHN-in İdman-Sağlamlıq Kompleksində baş tutan görüş “Neftçi”nin qələbəsi ilə yekunlaşıb. “Neftçi” ilk hissəni 25:18 hesabı ilə aktivinə yazıb. İkinci set də onların üstünlüyü ilə keçib. “Express” bu dəfə 20:25 hesabı ilə uduzub. Üçüncü hissə isə daha tez başa çatıb. “Neftçi” 25:8 hesabı ilə qalib gələrək, matçın hesabını müəyyənləşdirib - 3:0. Çempionatda ikinci qələbəsini qazanan “Neftçi” komandasi 6 xalla liderliyə yüksəlib. “Ekspress” isə ilk oyununu xalsız bitirib. |
|
Xəbər 787 dəfə oxundu. |
|
|