Kikboksinq üzrə respublika turnirinin qalibləri müəyyənləşib | |
Ağsu Olimpiya İdman Kompleksində Azərbaycanın Milli qəhrəmanı Yusif Əliyevin xatirəsinə kikboksinq üzrə respublika turniri keçirilib. Turnirdə respublikanın müxtəlif şəhər və rayonlarından 18 komandanın tərkibində 150-yə yaxın idmançı mübarizə aparıb. “Neftçi”nin kikboksçuları turnirdə 6 qızıl, 4 gümüş, 9 bürünc medal qazanaraq komanda hesabında birinci olublar. “Qarabağ” komandası ikinci, Mingəçevirin “Niko Fayt” klubu isə üçüncü yeri tutublar. Qaliblərə diplom, medal və hədiyyələr təqdim edilib. |
|
Xəbər 1009 dəfə oxundu. |
|
|