Azərbaycanın voleybol hakimi “Alba”-“Konegliano” oyununa təyinat alıb | |
Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən yeni təyinat alıb. Həmyerlimiz Çempionlar Liqası yarışının D qrupunda mübarizə aparan Rumıniyanın “Alba” və İtaliyanın “Konegliano” komandaları arasında keçiriləcək görüşün ikinci hakimi olacaq. Oyunu türkiyəli baş hakim Nurper Özbar idarə edəcək. Görüş noyabrın 27-də Rumıniyanın Tirqu-Mureş şəhərindəki “Sala Sporturilor Arena”da keçiriləcək. |
|
Xəbər 780 dəfə oxundu. |
|
|