Həndbol üzrə Azərbaycan çempionatı: “Qarabağ” komandası altıncı turda qələbə qazanıb | |
Qadın həndbolçular arasında Azərbaycan çempionatının altıncı turunun oyunları keçirilib. Turun birinci oyununda “Azərsu” və “Qarabağ” komandaları qarşılaşıblar. Çempionata kifayət qədər inamlı başlayan “Qarabağ” bu qarşılaşmada da etimadı doğruldaraq 29:24 hesabı ilə qalib gəlib. Günün ikinci oyununda isə “Azəryol” komandası “İdman Akademiyası” ilə üz-üzə gəlib. Meydançaya favorit qismində çıxan “Azəryol” növbəti qələbəsini rəsmiləşdirməkdə çətinlik çəkməyib. Nominal ev sahibinin aşkar üstünlüyü ilə yadda qalan görüş 38:26 hesabı ilə başa çatıb. Dekabrın 4-də keçiriləcək yeddinci turda “Azərsu” - “Azəryol”, “Qarabağ” - “İdman Akademiyası” oyunları keçiriləcək. AZƏRTAC |
|
Xəbər 944 dəfə oxundu. |
|
|