Joze Mourinyo “Tottenhem” klubunun baş məşqçisi təyin edilib | |
İngiltərənin “Tottenhem” klubu yeni baş məşqçisinin adını açıqlayıb. Bu, portuqaliyalı məşqçi Joze Mourinyodur. Onunla 2023-cü ilə kimi müqavilə imzalanıb. “Joze ən yaxşı məşqçilərdən biridir. Onun çox yaxşı təcrübəsi var. Biz əminik ki, Joze komandamıza yeni enerji və ruh yüksəkliyi gətirəcək”, – deyə klub prezidenti Daniel Levi bildirib. AZƏRTAC |
|
Xəbər 762 dəfə oxundu. |
|
|