44-cü Ümumdünya Şahmat Olimpiadası Moskvada keçiriləcək | |
2020-ci ilin avqustunda Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilməsi planlaşdırılan 44-cü Ümumdünya Şahmat Olimpiadasının Moskvada təşkil edilməsi qərara alınıb. Bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç məlumat verib. Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası – FIDE-nin üzvü olan ölkələrin milli komandaları arasında turnir ilk dəfə 1927-ci ildə Londonda keçirilib. 1950-ci ildən başlayaraq yarış hər iki ildən bir təşkil edilir. Moskva 1956-cı və 1994-cü illərdən sonra bu nüfuzlu yarışa üçüncü dəfə ev sahibliyi edəcək. 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadası Bakıda keçirilib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub. AZƏRTAC |
|
Xəbər 754 dəfə oxundu. |
|
|