Bu gün “Neftçi” – “Qarabağ” oyunu ilə Azərbaycan Premyer Liqasının 10-cu turuna start veriləcək | |
Noyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turuna start veriləcək. Turun ilk oyun günündə bir qarşılaşma oynanılacaq. İki əzəli rəqib “Neftçi” və “Qarabağ” klubları üz-üzə gələcək. “Bakcell Arena”da keçiriləcək matç saat 20:00-da start götürəcək. Görüş “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Turun digər üç görüşü noyabrın 2-3-də təşkil olunacaq. |
|
Xəbər 725 dəfə oxundu. |
|
|