Şahmatçımız Kipr turnirində liderlər qrupunda mübarizəni davam etdirir | |
Kiprin Larnaka şəhərində şahmat üzrə beynəlxalq turnirdə təmsilçimiz Azər Mirzəyev liderlər qrupunda çıxışını davam etdirir. Şahmatçımız A.Mirzəyev 6-cı turda litvalı Valeri Kazakouski ilə heç-heçə edib. Aktivində 5 xal olan şahmatçımız 1-8-ci yerləri bölüşür. Onun növbəti turda rəqibi ukraynalı Andrey Sumets olacaq. Yarışda 140 şahmatçı mübarizə aparır ki, onların da 12-si qrossmeysterdir. Turnir İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarət olacaq. |
|
Xəbər 546 dəfə oxundu. |
|
|