Lənkəran Olimpiya İdman Kompleksi
Yaradılış tarixi: 2018-ci il
Ərazi: 5.5 hektar

Lənkəran Olimpiya İdman Kompleksi Məhdud Məsuliyyətli Cəmiyyəti Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində yerləşir. Lənkəran Olimpiya İdman Kompleksi 2018-ci il dekabr tarixdə fəaliyyətə başlayıb.
Lənkəran ovalığındadır. Ümumi torpaq sahəsi 5.5 hektar, əsas binannın ümumi sahəsi isə 11500 m2 -i əhatə edir.
Əsas bina 5 blokdan ibarətdir: "A" bloku - universal idman zalı, "B" bloku - ağır atletika, boks zalı, hotel, "C" Bloku - güləş zalı, "D" - "E" blokları - üzgüçülük hovuzu və inzibati hissə.
Otel iki mərtəbəlidir. 19 otaqdan ibarətdir. Bir otaq VİP sayılır. Oteldə 9 ədəd taxt, 46 ədəd tək çarpayı, ümumilikdə 64 nəfərlik yer mövcuddur.
"A" blokunda yerləşən universal idman zalında tamaşaçı oturacağı yerlərinin sayı 1000 ədəddir, idmançılar üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, məşqçilər üçün otaqlar, həkimlər üçün otaqlar, VİP otaqlar və digər köməkçi otaqlar vardır.
"B" blokunda II mərtəbədə 68 nəfərlik konfrans zalı, 24 nəfərlik iclas otağı mövcuddur. "C" Blokunda 2 döşəkli güləş zalı, onun 100 nəfərlik tribunası və digər köməkçi otaqlar nəzərdə tutulub.
Üzgüçülük hovuzunun ölçüsü 25 x12.5 metrdir. Tamaşaçı oturacağı yerlərinin sayı 126 nəfər təşkil edir.
Lənkəran Olimpiya Kompleksinin ərazisində 1000 nəfər tamaşaçı tribunası olan futbol stadionu (tribuna altı soyunma-geyinmə otaqları ilə), qaçış zolağı, 2 ədəd süni ot örtüklü minifutbol meydançaları və voleybol meydançası da mövcuddur.

Ünvan: Lənkəran rayonu, Sütəmordov kəndi
İndeks: AZ4200
Şəhər: Lənkəran
Telefon: 051-207-20-50
E-mail: lenkeranoik@mys.az

Xəbər 1941 dəfə oxundu.