Azərbaycan millisinin futbolçusu Almaniya klubunun tarixinə düşüb
Futbol üzrə Azərbaycan millisinin üzvü Dmitri Nazarov Almaniyanın “Aue” klubunun tarixinə düşüb.

D.Nazarov klubun heyətində penaltidən ən çox qol vuran futbolçu adına sahib olub. Belə ki, D.Nazarov buna II Bundesliqanın X turunda evdə “Nürnberq”i 4:3 hesabı ilə məğlub etdikləri matçın 62-ci dəqiqəsində 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməklə nail olub.

İndiyədək 12 penaltidən 11-ni qola çevirən futbolçu 2003-2008-ci illərdə 10 dəfə fərqlənən Yorq Emmerixin rekordunu yeniləyib.

Qeyd edək ki, D.Nazarov 2016-cı ilin yayından “Aue”nin şərəfini qoruyur.

Xəbər 704 dəfə oxundu.