Azərbaycan–Lixtenşteyn oyununun stadionu müəyyənləşib
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan–Lixtenşteyn oyununun stadionu müəyyənləşib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, qarşılaşma Sumqayıt şəhərindəki “Kapital Bank Arena”da keçiriləcək.

Oyun noyabrın 14-də saat 18:00-da start götürəcək.

Xəbər 738 dəfə oxundu.