Badminton üzrə Gəncə birinciliyinə yekun vurulub | |
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyi Gününə həsr olunmuş badminton üzrə şəhər birinciliyi keçirilib. 80 idmançının mübarizə apardığı birincilik 2003-2009-cu il təvəllüdlü qızlar və oğlanlar arasında təşkil olunub. Sonda hər yaş qrupunda ilk üç yeri tutan idmançılar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplom və fəxri fərmanla mükafatlandırılıblar. |
|
Xəbər 779 dəfə oxundu. |
|
|