Məhəmməd Muradlı 20 yaşlı şahmatçılar arasında dünya çempionatında mübarizəyə başlayır | |
Oktyabrın 15-də Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatı start götürüb. Yarışda ölkəmizi Məhəmməd Muradlı təmsil edir. Şahmatçımız yarışın start siyahısında 28-ci pillədə qərarlaşıb. M.Muradlının birinci turda rəqibi İsrail şahmatçısı Yoan Milikovdur. On altı yaşlı şahmatçı bu il kişilər arasında Azərbaycan çempionatının qalibi olub. Qeyd edək ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov 2003-cü və 2005-ci illərdə 20 yaşadək şahmatçılar arasında dünya çempionu adını qazanıb. |
|
Xəbər 709 dəfə oxundu. |
|
|