Futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümündə 10 komanda iştirak edəcək | |
Futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümündə iştirak etmək üçün 10 komanda müraciət edib. Azsport.az Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bunlardan dördü - “Araz”, EKOL, “Neftçi” və “Yasamal” ötən çempionatın iştirakçısıdır. “Marafon Futsal” isə bir illik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək üçün müraciət edib. Tələbə Futbol Federasiyasının yığma komandası TFF-55 də qüvvəsini ən güclülərlə sınayacaq. “Baku Fire”, “Record club”, “Xəzər” (Yardımlı) və “Quba Premyer” komandaları Yüksək Liqada debüt edəcəklər. |
|
Xəbər 863 dəfə oxundu. |
|
|