“Qəbələ”nin UEFA Avropa Liqasındakı rəqibi müəyyənləşib | |
UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümündə mübarizə aparacaq “Qəbələ” komandasının ilk rəqibi müəyyənləşib. Mübarizəyə II təsnifat mərhələsindən başlayacaq “qırmızı-qaralar” Gürcüstanın “Dinamo” klubu ilə görüşəcək. Tbilisi təmsilçisi I təsnifat mərhələsində “Enqordani”ni (Andorra) mübarizədən kənarlaşdırıb – 6:0, 1:0. Komandamız ilk oyununu iyulun 25-də evdə keçirəcək. Cavab görüşü isə avqustun 1-də səfərdə baş tutacaq. Xatırladaq ki, “Qəbələ” 2015-2016-cı illər mövsümündə bu rəqiblə qarşılaşıb. UEFA Avropa Liqasının I təsnifat mərhələsinin səfər oyununda 1:2 hesabı ilə uduzan təmsilçimiz evdə iki cavabsız qolla qalib gələrək mərhələ adlayıb. |
|
Xəbər 788 dəfə oxundu. |
|
|