Teymur Rəcəbov Dortmund turnirinə heç-heçə ilə başlayıb | |
Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə keçirilən “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin ilk turu başa çatıb. Turnirdə ölkəmizi təmsil edən Teymur Rəcəbov ilk turda Polşa təmsilçisi Radoslav Voytaşeklə heç-heçə edib. Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq. |
|
Xəbər 759 dəfə oxundu. |
|
|