Azərbaycan Beynəlxalq Həndbol Federasiyasının 37-ci konqresində təmsil olunur | |
İsveçin Höteborq şəhərində Beynəlxalq Həndbol Federasiyasının 37-ci konqresinə start verilib. Azdport.az Azərbaycan Həndbol Federasiyasının (AHF) saytına istinadla xəbər verir ki, konqresdə cari məsələlər, qaydalara və reqlamentə dəyişikliklər, eyni zamanda, həndbolun inkişaf strategiyası müzakirə olunur. Tədbirdə ölkəmizi AHF-in vitse-prezidenti Orxan Abbasov təmsil edir. Konqresə iyulun 5-də yekun vurulacaq. |
|
Xəbər 1065 dəfə oxundu. |
|
|