Şahmatçımız növbəti heç-heçəyə imza atıb | |
Rusiyanın Poykovski qəsəbəsində təşkil edilən şahmat üzrə ənənəvi Anatoli Karpov turnirində səkkizinci turun oyunları keçirilir. XII dünya çempionu Anatoli Karpovun təşəbbüsü ilə təsis olunan və 2000-ci ildən keçirilən ənənəvi turnirdə ölkəmizi Rauf Məmmədov təmsil edir. Ötən turda xorvatiyalı şahmatçı İvan Şariçlə mübarizə aparan idmançımız yeddinci dəfə heç-heçə edərək aktivinə 0,5 xal əlavə edib. Turnirdə yeddi turdan 3,5 xal toplayan R.Məmmədov rusiyalı şahmatçı Dmitri Yakovenkodan 1 xal geri qalaraq, 2-9-cu yerləri bölüşür. Raufun növbəti rəqibi rusiyalı şahmatçı Andrey Yesipenkodur. |
|
Xəbər 742 dəfə oxundu. |
|
|