Azərbaycanın xüsusi olimpiyaçıları beynəlxalq futbol turnirində iştirak edəcəklər | |
Mayın 24-də Hollandiyanın Tilburq şəhərində xüsusi olimpiyaçılar arasında beynəlxalq futbol turniri start götürəcək. Azərbaycan Xüsusi Olimpiya Komitəsindən AZƏRTAC-a bildiriblər ki, turnirdə ölkəmizi qızlardan ibarət futbol komandası təmsil edəcək. Turnirə mayın 27-də yekun vurulacaq. |
|
Xəbər 723 dəfə oxundu. |
|
|