Yeniyetmə güləşçilərimizin Ukraynada təlim-məşq toplanışı davam edir | |
Yeniyetmə qızlardan ibarət güləş yığmamız Ukraynada təlim-məşq toplanışı keçir. Mayın 14-dən Krivoy-Roq şəhərində hazırlığa başlayan millimiz mayın 26-da Vətənə qayıdacaq. Böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 7 yeniyetmə güləşçi qarşıdakı məsul yarışlara hazırlığı davam etdirir. Yerli güləşçilərlə birgə baş tutan toplanışda həm fiziki, həm də taktiki-texniki məşqlər keçirilir. Qeyd edək ki, hazırlıq gələn ay İtaliyada keçiriləcək Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır. |
|
Xəbər 771 dəfə oxundu. |
|
|