Azərbaycan şahmatçısı Sarayevoda keçirilən beynəlxalq turnirdə ikinci yerə yüksəlib | |
Mayın 3-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən 49-cu beynəlxalq şahmat turnirində sonuncu – doqquzuncu tura start verilib. Turnirin səkkizinci turunda təmsilçimiz Ülvi Sadıqov xorvatiyalı Zdenko Kozulu məğlub edərək xallarının sayını 6,5-ə çatdırıb. Şahmatçımız bu nəticə ilə turnir cədvəlində ikinci pilləyə yüksəlib. Onunla eyni xala malik olan yerli idmançı Borki Predojevic əlavə göstəricilərə görə liderdir. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir. |
|
Xəbər 777 dəfə oxundu. |
|
|