Kişi cüdoçulardan ibarət Paralimpiya yığmamız təlim-məşq toplanışı üçün Gürcüstana yollanıb | |
Azərbaycanın kişi cüdoçulardan ibarət Paralimpiya yığması təlim-məşq toplanışı üçün Gürcüstana yollanıb. Baş məşqçi İbrahim İbrahimovun rəhbərlik etdiyi 12 nəfərlik heyət martın 26-dək Qoridə hazırlıq prosesində iştirak edəcək. “Neftçi” idman klubunun dəstəyi ilə keçirilən təlim-məşq toplanışı Qori cüdo mərkəzində baş tutacaq. Toplanış mayda Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarına hazırlıq xarakteri daşıyır. |
|
Xəbər 833 dəfə oxundu. |
|
|