Ağcabədidə ənənəvi şahmat turniri start götürüb | |
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Ağcabədidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ənənəvi şahmat turniri start götürüb. Yarış iki qrup üzrə keçirilir. A qrupunda 11-16 yaşlı, B qrupunda isə 10 yaşadək şahmatçılar mübarizə aparırlar. Turnirə respublikanın müxtəlif şəhər və rayonlarından 317 şahmatçı qatılıb. Doqquz turdan ibarət olacaq yarışın nəticələri beynəlxalq reytinqin hesablanması üçün FIDE-yə göndəriləcək. |
|
Xəbər 1309 dəfə oxundu. |
|
|