Xosep Qvardiola: 4 il məşqçi üçün yetərli vaxtdır
”İlk növbədə ətrafımda olan bu qədər qeyr-müəyyənliyə görə üzr istəmək istəyirəm. Bu, mənim üçün asan qərar olmadı. Ümid edirəm ki, insanlar məni başa düşəcəklər”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Barselona”nın baş məşqçisi Xosep Qvardiola deyib. Son 4 ildə çalışdırdığı komanda ilə yollarını ayırmağa qərar verən 41 yaşlı ispan çalışdırıcı bu gün keçirdiyi mətbuat konfransında fikirlərini açıqlayıb.

Qvardiola baş verənlərin bir neçə həftə çəkdiyinə görə təəssüflənib: “Bu, biz tərəfdən səhv idi. Mənə bu haqda tez elan etməyi xahiş elədilər. 4 il məşqçi üçün yetərli vaxtdır. Mən boşaldığımı hiss edirəm. Mən payızda rəhbərliyə dedim ki, klubda missiyamı başa çatmış görürəm. Əlbəttə, bunu futbolçulara və azarkeşlərə heç kim deməyib. İndi biz 2 vacib turnirdən kənarda qaldıq və qərarını deməyin əsl vaxtıdır. Mənim yerimə gələn məşqçi komanda artıq mənim verə bilmədiyimi verə biləcək. Fikrimcə, bir yerdə çalışmağı davam etsəydik, bu, heç bir yaxşılığa gətirib çıxarmazdı”.

O, komandada olan və artıq olmayan futbolçulara, onların meydanda minlərlə hərəkətinə, əla oyuna görə minnətdarlıq etmək istədiyini deyib: “Yadımdadır, mənə əvvəl komandanın filialına, 1 il sonra əsas komandaya rəhbərlik etməyi təklif etdilər. Mən dünyanı fəth etmək istəyirdik. İndi də komandanı çalışdırmağı davam etdirə bilərdim, ancaq bunu “Barselona” kimi komandanın layiq olduğunu edə bilməzdim. Hamıya səbir etdiyinə görə minnətdaram”.

Xəbər 1270 dəfə oxundu.